Gəncə Dövlət Filarmoniyasında “Ruhun qidası” adlı konsert proqramı keçiriləcək

Sentyabrın 23-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında respublika və beynəlxalq müsabiqələr laureatları gənc kamança ifaçısı, Prezident təqaüdçüsü Mədinə Şahgəldiyeva və gənc pianoçu Nərmin Rzayevanın “Ruhun qidası” adlı birgə konsert proqramı reallaşacaq.

 

Filarmoniyadan “Ədəbiyyat və incəsənət”ə verilən məlumata görə, tədbirdə gənc ifaçılar Üzeyir Hacıbəyli, Sevda İbrahimova, Tural Məmmədli, Bela Bartok, List, Şopen, Bethoven, Bela Kovacs kimi bəstəkarların əsərlərini ifa edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.