Bu gün dünyaşöhrətli Riki Martinin Bakı konsertidir Featured

Bələdçiniz: Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

 

İnanılmaz! Dünya şöhrətli pop musiqiçi Riki Martin möhtəşəm solo konserti ilə ilk dəfə Bakıda çıxış edəcək. 

 

Bəli, bəli!

Adı musiqi dünyasının simvoluna çevrilən əfsanəvi müğənni və aktyor Riki Martin bu gün Sea Breeze Resort-da çıxış edəcək! Konsert saat 20-dən 23-dək davam edəcək. Biletlər 120 manatdan 2500 manatadəkdir. Fanzona biletləri isə 80-150 manat civarındadır. 

Həqiqətən də Sea Breeze Resort ölkənin musqiq tamaşaları mərkəzi statusuna yiyələnməkdədir. 

Dünyada 95 milyondan çox albomu satılan, iki Grammy, dörd Latın Grammy qazanan və bir çox Billboard mükafatçısı olan bu müğənninin Bakıda konsertini təşkil etmək böyük hünərdir. 

İllər öncə - 90-ların sonlarında “Livin la vida loca” mahnısı ilə puerto-rikolu gənc bir oğlan səhnədə parladı. Bu mahnını bütün dünya zümzümə edirdi. Çoxları Mərkəzi Amerikadakı Puerto-Riko adlı ekzotik ölkəni məhz Riki Martinə görə tanıdı. 

İndi isə həmin müğənninin 52 yaşı var və o, ilk dəfə bakılılar qarşısında çıxış edəcək. 

Konsertə tamaşa edəcək bütün bəxtəvərlərə içi özüm qarışıq xoş seyrlər arzulayıram! 

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.