Ödənişsiz vokal dərslərinə tələbə qəbulu elan edilir

Azərbaycan professional vokal sənətinin banisi Bülbülün  miras qoyduğu Azərbaycan milli vokal ənənələrini daşıyan Bülbül Vokal Məktəbi yeni tədris ili üçün tələbə qəbulu elan edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına vocal məktəbindən məlumat daxil olub.

 

Keçiriləcək müsabiqədə iştirak etmək üçün 1-20 iyul tarixlərində 10-35 yaş aralığında iştirakçıların CV və ifaları qəbul olunacaq. Birinci mərhələni keçən iştirakçıların dinləməsi 20-25 avqust tarixlərində baş tutacaq. 

Qeyd edək ki, Əməkdar artist, Bülbül məktəbinin davamçısı Ramil Qasımovun yaratdığı Azərbaycanda ilk dəfə ödənişsiz vokal dərslərinin keçirildiyi məktəb artıq bir ildir fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.