BMA Məktəb-studiyasının yekun konserti olub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İxtisas musiqi məktəb-studiyasının 2023–2024-cü tədris ilinin yekun konserti keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə BMA məlumat yayıb. 

 

Məlumata görə, rəngarəng konsert proqramında müxtəlif ixtisaslar – fortepiano, violin, fleyta, vokal və zərb alətləri üzrə şagirdlərin çıxışları yer alıb.

 

Silsilə şəklində davam edən hesabat konsertlərində Məktəb-studiyanın demək olar ki, bütün şagirdləri çıxış ediblər. Bu ifalar müəllim və şagirdlərin 2023–2024-cü tədris ilinin uğurlu nəticəsi idi.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.