Bu gün Qəmbər Hüseynli adına I “Cücələrim” Uşaq Festivalı başlayacaq

Bu gün Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə Qəmbər Hüseynli adına I “Cücələrim” Uşaq Festivalı başlayacaq. Festival iyunun 1-dək davam edəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət və Təhsil idarələrinin təşkilatçılığı ilə keçiriləcək festivalın əsas məqsədi uşaqların musiqi dünyasının zənginləşdirilməsi, uşaq mahnılarını təbliğ etməkdir.

Festival çərçivəsində uşaq mahnılarından ibarət konsert proqramları, uşaq xorlarının çıxışı, əl işlərindən ibarət sərgi təşkil olunacaq.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gəncə şəhərində uşaqların musiqi paradı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.