Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı təşkil olunacaq

Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək. Bu barədə Filarmoniya məlumat yayıb. 

 

Konsert Dövlət Uşaq Filarmoniyası Xəzər rayon Mərdəkan Mədəniyyət sarayında təşkil olunacaq.

Proqramda Dövlət Uşaq Filarmoniyasının bütün kollektivi maraqlı musiqi nömrələri ilə çıxış edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.