“Nizami poeziyasının musiqi səltənəti” adlı tədbir keçirilib

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Nizami poeziyasının musiqi səltənəti” adlı tədbir-konserti keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, tədbirdə mütəfəkkir şairin həyat və yaradıcılığına nəzər salınıb, əsərləri haqqında məlumat verilib, Şərq intibahının yüksək zirvəsi olan Nizaminin idealları, humanist fəlsəfəsi barədə söhbət açılıb.

“Nizamidə musiqi və musiqidə Nizami” məzmunda məruzə dinlənilib. Məruzədə şairin yaradıcılığında təsvir olunan musiqi alətləri haqqında videoslayd vasitəsilə məlumat verilib. Nizami irsinin bəstəkar yaradıcılığında təcəssümü mövzusunda şairin əsərləri əsasında yazılan, musiqi mədəniyyətimizi zənginləşdirən əsərlərdən danışılıb.

Tədbirdə məktəbin şagirdlərinin ifasında müxtəlif əsərlər səsləndirilib, rəqs nömrələri təqdim olunub.

Rəsm şöbəsinin müəllimləri Nigar Şıxəliyeva və Əli Ağadadaşovun şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.