Mənəviyyatın rəqsi Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Səma melodiyası- sufilərin musiqisi olub, onun dinləyərək rəqqasların ruha gəlib və fırlanaraq rəqs etməsi sayılır.

Səmavi rəqsləri izləmək o qədər hüzur verir ki insana, onların tarixi də bir o qədər maraqlıdır. 

 

Bilirik ki, İslam dininin tarixi olduqca qədimdir. Səma rəqsləri isə İslamdan daha çox Sufilik dövrünə aiddir. Keçmişdə Sufilər üçün halal və haram, caiz və günah anlayışları daha fərqli olmuş. Sufilər bir araya toplandıqda Allaha inam, etibar və sevgisinə dair şeir və ilahilər oxunarmış. Şeir və musiqilər gözəl, hüznlü, sakit aramlı səsə sahib şəxslər tərəfindən söylənməliymiş ki, Allahla onlar arasında gürültülü səslər olmasın. Səma rəqsini bir və ya bir neçə nəfər qrup halında rəqs edə bilər.

 

Səma rəqsini ən gözəl təbliğ edən Mevlana olsa da, ondan öncə Şəms Təbrizi bu rəqsin təbliğinə başlamışdır. Zamanla onu Mevlanaya öyrətmiş və onun əsas Sufiliyin ən gözəl nümayəndələrindən biri Mevlana olmuşdur. Yəqin ki, hər birimiz ən azı bir dəfə Mevlananın gözəl, hikmətli cümlələrindən birini oxumuş, duymuşuq.

 

Mevlanadan sonra 15-ci əsrdə bu işi onun nəvəsi Emir Alim Çelebinin oğlu Pir Adil Çelebi davam etdirir.

 

Sufilik rəqsinin- səma rəqsinin də hər rəqs kimi özünəməxsus qayda və qanunları vardır.

 

Səmazən insanları pis işlərdən, vərdişlərdən qorumağı, yəni nəfsinə məzara qədər güc gəlməyi təbliğ edir. Səma rəqslərinin ən gözəl görüntülərinin hər birində bəmbəyaz geyimləri görə bilirik. Bildiyimiz kimi, sufilik yolu ilə gedənlər maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. O bəmbəyaz geyimləri bir növ kəfən də adlandırırlar. Çünki onlar düşünür ki, bu dünyada tək gerçək var, o da ölüm. Hətta bu geyimlər normal geyimlərdən qatbaqat daha qalın seçilirmiş. Bu da rəqqasların Allah qarşısında günahları üçün birmənalı cəza çəkdiklərini göstərməsi, bu istiyə dözməyi Allah yolunda qəbul etmələrini, cəhənəm əzabından qorxduqlarını sübut etmək məqsədliymiş.

 

İzləmisinizsə görmüsünüzdür. Rəqqaslar rəqs edərkən başları sağ çiyinlərinə söykənir. Sağ qolları yuxarı qalxır, ovucları səmaya doğru, sol qolları aşağı, ovucları torpağa doğru açılır. Sağ əl- Allaha səslənir,:

Rəbbim, ən güclü, ən bağışlayan, ən mərhəmətli və ən əliaçıq sənsən. Nemətini, mərhəmətini, sevgini məndən əsirgəmə. Əllərim bir tək sənə açılır, səndən istəyir.

 

Sol əl aşağı baxır- ölümü təmsil edir. Yəni, mən ölümün fərqindəyəm. Bu dünyada hər şey keçicidir. Hər şey yalandır. Və mən bağışlanmaq istəyirəm... 

Bir də bunları ağlınızdan keçirərək izləyin o qrup rəqslərini, necə hüzur vericidir, elə deyil? Çox dərin anlamlı digər bir detal isə saat əqrəbi istiqamətində fırlanmalarıdır ki, bu da zamanın axarına boyun əymələrini təmsil edir. 

 

İzlədiyimiz, sosial şəbəkələrdə rastımıza çıxan minlərlə vaxt öldürücü, boş görüntülər yerinə bəzən ruhumuzu təmizləmək, tənzimləmək üçün tanrıya yaxınlaşmalı, bu ilahilərlə, bu rəqslərlə özümüzə dönməliyik. 

Xoş mütaliələr və hüzurlu günlər????

 

https://youtu.be/fib8EKDfpPs?si=8HHg6G8LivIMAdkd

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.