Zəfər” festivalı çərçivəsində Uşaq Filarmoniyasında konsert keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında musiqili tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, vokal sinfi, “Sədəf” xalq çalğı alətləri ansamblı, oğlanlardan və qızlardan ibarət rəqs kollektivləri çıxış edib.

 

Konsertdə “Qaytağı”, “Nəlbəki”, “Şuşanın dağları”, “Şələqoy”, “Qaval”, “Lakkuti”, “Şənlik”, “Yaşa” rəqsləri, “Bayatı-Şiraz”, “Söz olmasaydı”, “Bulaq üstə”, “Qarabağ”, “Ey Azərbaycanım” və digər musiqilər ifa edilib.

 

Mədəniyyət və incəsənət xadimləri, şəhid ailələrinin və qazilərin övladları və digər qonaqlar konsert proqramını izləyiblər.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.