Bazar günü ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək -FORUMLAR BİZƏ NƏ VERİR? Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə bir-birinin ardınca kino, teatr, ədəbiyyat forumları keçirilmişdi. Bazar günü isə Musiqi Forumu keçiriləcək.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində oktyabrın 29-dan 31-dək gerçəkləşəcək forum Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunacaq.

 

Az öncə Mədəniyyət Nazirliyi xəbər vermişdi  tanınmış musiqişünas alimlərin, bəstəkar, dirijor və ifaçıların iştirak edəcəyi forumun açılış mərasimi “Gülüstan” sarayında keçiriləcək.

Mədəniyyət ictimaiyyətinin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə panellər təşkil olunacaq.

Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.

Qeyd edim ki, kino, teatr, ədəbiyyat forumlarının fikir və təklifləri də bu konsepsiyada toplanacaq. 

3 forum keçib və 4-cünün astanasındayıq. Bu forumlar nə verir? Tam əminliklə deyirəm ki, çox şey. Söhbət etdiyim, rəyini aldığım əksər sənət adamı deyir ki, forumlar çox məhsuldar, qənaətbəxş keçib. 

O yerdəki hamı mədəniyyəti qaldırmaqdan danışır, ümumi problemləri dilə gətirir, orda uğur mütləq olacaq. 

O yerdəki yetən hökumətdən nəsə tələb edir, şəxsi problemlərini çözməyə çalışır, bax orda heç bir uğur gözlənilmir. 

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.