Bakıdakı Rus evində böyük rus dramaturqu Aleksandr Ostrovskinin anadan olmasının 200 illiyinə həsr olunmuş konsert keçirilib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən verilən məlumata görə, tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rusiya Evinin birgə təşkilatçılığı ilə baş tutub. Layihənin aparıcısı və kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinadır.
Konsert axşamında A.N.Ostrovskinin əsərlərinin motivləri əsasında yazılmış musiqi əsərləri, habelə görkəmli dramaturqun pyeslərindən məşhur monoloqlar səslənib.
Konsert proqramında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, BMA-nın baş müəllimi Lalə Muxtarova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, beynəlxalq müsabiqələrin laureatları Nəriman Əliyev və Emil Malıgin, BMA-nın məzunları Əminət Əhmədova və Nərgiz Məmmədova, həmçinin "Yaşlek" Tatar Gənclər Mərkəzinin gənc istedadları iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)