Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü olan Gülnarə Xəlilovanın “Kolaj” kolleksiyası oktyabrın 19-da Qazaxıstanın Aktau şəhərində keçiriləcək “Tengrii Fashion Week Kazakhstan” çərçivəsində təqdim olunacaq.
AzərTAC xəbər verir ki, kolleksiyaları Qazaxıstan, Türkmənistan və Özbəkistandan olan Türk dünyasının dizaynerləri də təqdim edəcəklər.
Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)