Heydər Əliyev Sarayında “BN Team Orchestra” simfonik orkestri növbəti dəfə “Türk serialları dünyası” adlı unikal layihə təqdim edib.
Qazaxıstandan olan bu orkestrin ifasında “Möhtəşəm yüz il”, “Qara sevda”, “Çalıquşu”, “Çuxur”, “Min bir gecə”, “Hərcai” və başqa serialların musiqiləri səsləndirilib.
Eyni zamanda, böyük ekranda sevimli seriallardan ən yaxşı fraqmentlər göstərilib. Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, bu musiqilər, sadəcə, serialları müşayiət etmir, həm də tamaşaçını ovsunlayan, kino dünyasına qərq edən, həmçinin ekran qəhrəmanlarının bütün hisslərini yaşadan və həmişəlik yaddaşlara həkk edən bütöv bir simfoniya aləmidir. Müxtəlif mövzularda lentə alınan ekran əsərlərinin ideyası simfonik orkestr və xor kollektivlərinin ifası ilə daha dərin məna kəsb edir, qəhrəmanların romantik hissləri, həyəcanlı səhnələri qabarıq şəkildə təqdim olunur.
“Ədəbiyyat və incəsənət”
(29.08.2023)