SAKİT MƏMMƏDOVUN 65 YAŞI TAMAM OLDU
Etibar Əbilov - “Ədəbiyyat və incəsənət” portalı üçün
Avqustun 5-də Xalq rəssamı, Opalizm cərəyanının banisi Sakit Məmmədovin 65 yaşı tamam oldu. Bu ünlü rəssam haqqında yazmaq nə qədər xoşdursa, bir o qədər çətin və ən əsası məsuliyyətlidir. Dünya mədəniyyət tarixində öz yeri olan, hər bir əsəri ilə rəsm dünyasında tarix yazan Sakit Məmmədovun qazandığı uğurları, layiq görüldiyi nüfuzlu mükafatları hansısı bir məqalədə bir-bir sadalamaq sadəcə olaraq qeyri-mümkündür.
İtaliyadan tutmuş Çinə qədər, Hollandiyadan tutmuş Yaponiyaya qədər, Sinqapurdan tutmuş Fransaya qədər, Avstraliyadan tutmuş Misirə qədər, Türkiyədən tutmuş Rusiyaya qədər... ölkələrdə sərgiləri keçirilən, onlarla ölkələrin mükafatlarını qazanmış rəssamın sənət yoluna yalnız qibtə etmək olar.
Böyük Britaniya dövləti onu Lord, Vatikan dövləti isə onu Qraf titulu ilə qiyaslandırıb. O, həm də Avropa Parlamentinin Senarorudur. Sakit Məmmədov Roma Papası II İohan Pavelin naturadan rəsmini çəkmiş yeganə rəssamdır (İndi Vatikan muzeyində qorunan həmin portreti Azərbaycan Prezidenti cənab İlham Əliyev Vatikan dövlətinə təqdim edib). Böyük Britaniya kraliçası II Elizabet Sakit Məmmədov sənətinin heyranlarından olub. Təsadüfü deyil ki, Kraliça onu bir-neçə dəfə öz ölkəsinə dəvət edib, böyük rəssamımızı üc dəfə öz sarayında qəbul edib. Sakit Məmmədovun Kraliçaya bağışladığı "Cıdır düzü" və "Bahar qızı" əsərləri indi Londonun Kral ailəsinə məxsus, məşhur "Vindzor" qəsrində qorunur.
Avropa ölkələrində (Almaniya) Sakit Məmmədov adına orden, markalar təsis olunub. Türkiyədə pul vahidinin üzərində Sakit müəllimin çəkdiyi "Dədə Qorquq" əsəri sərgilənir.
Bütün varlığı ilə dogulduğu ölkəyə bağlı olan Sakit Məmmədov 2020-çi ilin 27 sentyabrında, sonu qələbəmiz ilə bitən 44 günlük Vətən müharibəsı başlayanda, təkcə Azərbaycan təsviri sənətində deyil, dünya təsviri sənətində hadisə olan, qələbə ruhlu, monumental "Qarabağnamə" əsərini çəkməyə başladı. Təbii, "Qarabağnamə" əsəri doğma Qarabağımızın tarixinə həsr olunsa da, bu möhtəşəm əsər həm də bütün Türk dünyasının şanlı tarixidir. Bu əsərdə həm doğma Qarabağımızın, həm də ümumtürk tarixinin bütün önəmli hadisələri öz əksini tapıb.
Yaradılışı ilə, tarixi abidələri ilə, toponimləri ilə, xalçaları, musiqisi (musiqi alətləri) ilə, tarixi şəxsiyyətləri ilə, o qudsal torpaqda qanları tökülmüş qəhrəmanları ilə, cins atları ilə, təbiəti, mətbəxi ilə Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sənətin ali dili ilə dünyaya anladan "Qarabağnamə" əsəri, Qarabağa, şanlı qələbəmizə həsr olunmuş ən möhtəşəm, bərabəri olmayan bir abidədir. "Qarabağnamə" əsərində Türkiyə-Azərbaycan dostluğuna da xüsusu yer ayrılıb. 2021-ci ilin noyabr ayının 5-də Bakıda, əzəmətli Fairmont otelində "Qarabağnamə"nin təqdimatı zamanı, sərgidə iştirak edən Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırım əsərdəki bu nüansı nəzərdə tutaraq: “Qarabağnamə" əslində Azərbaycan və Türkiyə dostluğunun kətan üzərində əksidir, keçmişdən gələcəyə mesajdır" demişdi.
...Sakit Məmmədovun illərlə həyata keçirmək istədiyi bir arzusu olub: Tükdilli ölkə rəssamlarını bir araya gətirmək, onları mənsub olduqları ortaq mədəni dəyərlər ətrafında birləşdirmək, türkdilli ölkə rəssamlarının birgə sərgisini kesirmək. 2022 -ci ildə gərgin zəhmət və böyük nüfuzu hesabına, nəhayət o öz istəyinə nail oldu. 28 iyun-3 iyul tarixində İstanbulda, Memar Sinan adına Güzel Sanatlar Qaleriyasında məhz Sakit Məmmədovun kuratorluğu və İstanbul Böyük Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə, tarixdə ilk dəfə olaraq Türkdilli ölkələrin məşhur rəssamlarının "Resmin Türkçesi Türk Dünyasının Tuvalde Buluşması" adlı sərgisi baş tutdu. Bu, əlbəttə böyük uğur idi... Türkdilli ölkə rəssamlarının birgə ikinçi sərgisi isə bu ilin 15-25 aprelində Özbəkistanda baş tutdu. Təşkilatçılar arasında TÜRKSOY-un da olduğu o unudulmaz günlərdə Sakit Məmmədov həm Türk, həm də dünya rəssamlığı qarşısındakı böyük xidmətlərinə görə Özbəkistan Rəssamlıq Akademiyasının Kəmaləddin Behzad adına Qızıl medalına layiq görüldü...
...Böyük rəssamımızı yeni yaşı münasıbəti ilə bir daha təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(07.08.2023)