Xətai Sənət Mərkəzində sərgi açılıb

Xətai Sənət Mərkəzində Xalq rəssamı Əşrəf Heybətovun Şah İsmayıl Xətainin doğum gününə həsr olunmuş “Xətai əfsanəsi” adlı sərgi açılıb. 

 

Mərkəzdən yayılan məlumata görə sərgi çərçivəsində eyniadlı pannonun təqdimatı da keçirilib. 

Sərgidə Şah İsmayıl Xətainin panosu və rəssamın yaradıcılığının müxtəlif dövrələrə aid 20-dək əsər təqdim olunub.

Sərginin açılışından öncə çıxışçılar rəssamın yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun ictimai və rəssamlıq fəaliyyətini xüsusi qeyd ediblər.

İyulun 22-dək açıq qalacaq sərgini hər kəs ziyarət edə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.