Azərbaycanlı rəssam beynəlxalq mükafata layiq görülüb

 

Türkiyənin İstanbul şəhərində Mask-Kara Teatrında “Teatr” (“Tiyatro”) qəzetinin təsis etdiyi “Beynəlxalq Anadolu Teatr Mükafatları”nın 8-ci təqdimat mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, qəzetin və TÜRKSOY-un birgə təşkil etdiyi mərasimdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının baş rəssamı Mustafa Mustafayev Türk dünyasının “Ən yaxşı stenoqrafiya üzrə rəssam”ı mükafatına layiq görülüb. 

Qeyd edək ki, “Tiyatro” qəzeti bu günə qədər əsasən Türkiyə, Makedoniya, Kosovo, Azərbaycan, Almaniya, İngiltərə, Azərbaycan, Moldova, Qazaxıstan, Qırğızıstan və Rusiyadan olan üç yüz altmış beş teatr sənətçisini mükafatlandırıb. 

Bu il mükafat kateqoriyası siyahısında Türkiyədən 17 şəhər və Almaniya, Şimali Makedoniya, İtaliya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən sənətçilər yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(270.4.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.