Çingiz Fərzəliyevin sərgisi Azərbaycan – Gürcüstan mədəni əlaqələrinin yüksək səviyyədə olduğunu sübut edir

 

Tbilisidə Azərbaycanın Əməkdar Mədəniyyət xadimi Çingiz Fərzəliyevin əsərlərindən ibarət sərginin açılışı ölkələrimiz arasındakı mədəni əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.

 

AzərTAC xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq mədəniyyət naziri, akademik, Azərbaycan-Gürcüstan Mədəniyyətlərarası Dialoq Assosiasiyasının prezidenti Valeri Asatiani aprelin 12-də Tbilisidəki Dmitriy Şevardnadze adına Milli Qalereyada Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisi ilə əlaqədar mətbuat konfransında söyləyib.

O deyib ki, bu günlərdə Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri və Qəbələdə Prezident İlham Əliyevlə görüşü, tarixi, mədəni abidlərlə tanışlığı, orada söylənilən fikirlər bizə mədəni əlaqələrimizi daha da genişləndirmək və möhkəmləndirmək üçün yaxşı imkan yaradıb.

Düşünürəm ki, Tbilisidə Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Çingiz Fərzəliyevin əsərlərindən ibarət sərginin açılması mədəni əlaqələrimizin necə yüksək səviyyədə olduğunu sübut edir.

V.Asatiani deyib ki, Ç.Fərzəliyev Gürcüstanın yaxın dostudur və bu gün çox az adam tapılar ki, bu böyük sənətkarı tanımasın. 

Onun sözlərinə görə, Ç.Fərzəliyev həm də Tbilisi Dövlət Rəssamlıq Akademiyasının fəxri doktorudur.

O. Ç.Fərzəliyevin yaradıcılığında həyat sevgisinin xüsusi diqqət cəlb etdiyini vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.