Bakıdakı Rus Evində Beynəlxalq dağ yəhudiləri xeyriyyə fondu STMEQİ və Azərbaycan Rus Gəncləri Assosiasiyasının dəstəyi ilə rəssamlıq üzrə ustad dərsi keçirilib. Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Rus Gəncləri Assosiasiyasının rəhbəri Sergey Danilov bununla bağlı deyib: “Bu, bizim STMEQİ fondu ilə ilk birgə tədbirimizdir. Mən ona təşəkkürümü bildirirəm və əminəm ki, hələ çoxlu birgə tədbirlər təşkil edəcəyik”.
STMEQİ-Azərbaycan fondunun nümayəndəliyinin sədr müavini Rolan Yusufov, öz növbəsində, rəssamlıq üzrə ustad dərsində iştirak edənləri salamlayıb. O qeyd edib: “Bildiyiniz kimi, indi üç bayram üst-üstə düşür. Bunlar, Pesax, Pasxa və Ramazan ayıdır. Ümidvaram ki, rəssamlıq üzrə bu ustad dərsi sizin üçün faydalı və interaktiv olacaq. Mən Bakıdakı Rus Evinə, həmçinin Azərbaycan Rus Gəncləri Assosiasiyasına təşəkkür etmək istərdim”.
Ustad dərsində on nəfər iştirak edib. Molbert, rənglər, fırçalar və digər rəssam atributları ilə “silahlanmış” iştirakçılar rəssam Elvira Məmmədovanın rəhbərliyi altında öz istədikləri kompozisiyaları yaradıblar.
Sonda iştirakçıların əsərlərinin müzakirəsi olub, Elvira Məmmədova onları maraqlandıran sualları cavablandırıb.
“Ədəbiyyat və incəsənət”
(12.04.2023)