Fransanın paytaxtı Parisdə təşkil olunan İncəsənət Sərgisində azərbaycanlı rəssam Niyaz Nəcəfovun əsərləri yer alıb.
“Ədəbiyyat və incəsənət” “Report”un Fransa bürosuna istinadən xəbər verir ki, ildə bir dəfə baş tutan Paris İncəsənət Sərgisində bu il azərbaycanlı rəssam Niyaz Nəcəfovun yağlı boya ilə ərsəyə gətirdiyi son əsərləri yer alıb.
1999-cu ildən fəaliyyətə başlayan Paris İncəsənət Sərgisi bu il 25 illiyini qeyd edir və bu münasibətlə 25 ölkədən 134 qalereyanı bir araya gətirib.
Paris İncəsənət Sərgisi 25 il ərzində hər ilin bahar mövsümündə incəsənət xadimlərinin qaçırılmaz görüş yerinə, müasir incəsənəti yenidən kəşf etmək üçün əlamətdar hadisəyə çevrilib.
Qeyd edək ki, Niyaz Nəcəfovun əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka, Fransa və digər xarici ölkələrdə nümayiş etdirilib. N. Nəcəfovun əsərləri habelə Azərbaycanın hüdudlarından kənarda bir çox muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Rəssam 2009-cu ildə Azərbaycanı 53-cü Beynəlxalq Venesiya Bienalesində təmsil edib.
“Ədəbiyyat və incəsənət”
(31.03.2023)