Vinsent Van Qoqun 50-dən çox rəsm əsəri və məktubu Amsterdamda, rəssamın Muzeyində ictimaiyyətə təqdim olundu. Bu barədə cümə günü The Guardian qəzeti məlumat verib.
Eskizlər Van Qoqun 1885-ci ildə orijinal versiyası yazılmış "Kartof yeyənlər" rəsminin davamı kimi nəzərdə tutulmuş, lakin sonradan həyata keçirilməmiş şəkillərə aiddir. Kətan üzərində kəndli ailəsinin şam yeməyi səhnəsi təsvir edilib. Ölümündən qısa bir müddət əvvəl rəssam şəklin motivlərinə qayıtmaq qərarına gəlib və yəqin ki, əvvəllər geniş auditoriyaya təqdim olunmayan eskizlər yaradıb.
"1890-da Van Qoq müalicə üçün Saint - Remyeyə gedir, o zaman ruhi xəstələr üçün bir tibb müəssisəsi vardı, orada müalicə alır, şimala qayıtmaq üçün ağrılı-acılı bir istək yaşadır içində, çünki beş il evdə olmamışdı. Rəssam “Kartof yeyənlər"in şəkillərinə qayıdır və yemək masasında interyer və fiqurların eskizlərini yaradır. Bizim arxiv yazılarımıza əsasən, bu eskizlərin bəziləri o qədər çoxdan nümayiş etdirilmirdi ki, onların, çox güman, heç zaman ictimaiyyətə nümayiş etdirilməməsi təxmin olunur", - deyə sərginin kuratoru Breqye Gerrits bildirib.
Qeyd edək ki, Van Qoq özünün ən əhəmiyyətli işləri sırasında "Kartof yeyənləri"n adını çəkib. Amma şəkil yaradıldıqdan dərhal sonra sərt tənqid olunmuşdu. O dövrün art-Cəmiyyəti icra texnikasını kifayət qədər mükəmməl hesab etməmişdi. Rəssamın sağlığında əsər əsla tanınmamışdı. Bu gün isə rəsm müəllifin şah əsərlərindən biri sayılır.
Qeyd: Vinsent Van Qoq (1853-1890) - postimpressionist rəssamdır, onun əsərləri XX əsrin rəssamlığına böyük təsir göstərmişdir. Onun ən məşhur əsərləri arasında "Günəbaxan", "Ulduzlu gecə", "Kartof yeyənlər" qeyd edilir. Ustadın əsərlərindən biri - "Trenktayda körpü" bu il mayın 13-də Christies-in Nyu-Yorkdakı hərracında 39,2 milyon dollara satılmışdır.
“Kartof yeyənlər" sərgisi Amsterdamda rəssamın Muzeyində 13 fevral 2022-ci il tarixinədək davam edəcək.
Şəkildə: “Kartof yeyənlər” tablosu