Fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi açılıb

 

Mədəniyyət Nazirliyi mədəniyyətin hər bir sahəsinə nüfuz etməyi prioritet sayır, bu da çox önəmlidir. 

Azərbaycan Milli Xalça Muzeyində bu gün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə "İstedad sərhədsizdir" adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi açılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dekabrın 8-dək davam edəcək sərgidə fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. əl işləri nümayiş olunur. Sərgidə həmçinin sənətkarların ustad-dərsləri və bədii hissə də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilməyə başlanılıb. Bu gün ölkədə fiziki imkanlarından məhrum olan insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işləri aparılır. Dövlət fiziki məhdudiyyətli vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmaqla onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.