Parisdə “Carrousel du Louvre”da 30-cu “Art Shopping Paris 2022” müasir incəsənət salonu keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, salonda tanınmış rəssam, “Toile d’Or” (Qızıl kətan) mükafatçısı Nigar Nərimanbəyovanın “Asiya & Nigar Art Gallery” qalereyasının təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan əsilli rəssamların əsərləri nümayiş olunub.
“Asiya & Nigar Art Gallery” qalereyasının stendində Nigar Nərimanbəyovanın, eləcə də Lalə Hüseynova, Marina Okampo, Təranə Rəhimova, Marta Ramazan, Sevər Məmmədova, Leyla Qurbanova, Fərəh Hacızadə, Nərmin Paşazadə, Nuray Xudiyeva, Əfruz Rəhimovanın əsərləri sərgilənib.
Salonda Azərbaycan əsilli rəssamların əsərləri rəng çalarlığı, kompozisiyası ilə sənətsevərlərin diqqətini cəlb edib və maraqla qarşılanıb.