Şuşa xalçalarından “Bağçada güllər”

 

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Bağçada güllər” xalçasına həsr olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qarabağ xalçalarının ornamentləri öz bədii dəyər və orijinallığına görə bənzərsizdir. Bu cür ornamentlərdən biri də XX əsrin əvvəlinə aid Qarabağın “Bağçada güllər” xalçasında təsvir edilmiş xarıbülbül gülüdür.

Xarıbülbül Azərbaycan florasının nadir endemik bitkisidir. Onun digər adı Qafqaz qaş Səhləbidir. Şuşanın rəmzi olan xarıbülbül əsasən bu doğma şəhərin dağlarında bitir. Onun əsas yayıldığı ərazi Cıdır düzüdür. Xarıbülbül gözəllik, zərifliklə yanaşı, həm də cəsarət rəmzi hesab edilir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.