“Azərxalça” ötən il üzrə maliyyə hesabatını təqdim edib

 

“Azərxalça” ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb. 

“Azərxalça”nın mediaya yaydığı məlumata görə, illik hesabatda maliyyə-strateji və cari qərarların hərtərəfli əsaslandırılması, biznes planlaşdırması zamanı risklərin azaldılması, etibarlı tərəfdaşların seçilməsi və işgüzar mühitin yaradılması nəticəsində ASC-nin fəaliyyətində dayanıqlı inkişaf nəzərə çarpıb.

 

Cəmiyyətin 2021-ci ildə satış həcmi 1 606 810 manat təşkil edərək, yüksək artım göstərib. 2020-ci il üzrə satış həcmi 5 153 524 manat olmuş, lakin bunun 5 084 745 manat hissəsini COVID-19 pandemiyası dövründə dövlət dəstəyi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə satılmış xalçalar təşkil etmişdir ki, faktiki olaraq, Cəmiyyət öz imkanları hesabına 2020-ci il ərzində cəmi 68789 manat dəyərində xalça satmışdır. 

Öz imkanları hesabına “Azərxalça” ASC 2020-ci ildə cəmi 68789 manat dəyərində xalça satdığı halda, 2021-ci ildə bu rəqəm 1 606 810 manat təşkil etmişdir.

Hesabatda eyni zamanda qeyd olunur ki, Cəmiyyətin 2021-ci ildə cari dayanıqlı inkişafına və maliyyə sabitliyinə aşağıda qeyd olunan pozitiv amillər təsir göstərib: korporativ idarəetmə sisteminin tətbiq edilməsi; maliyyə-təsərrüfat əməliyyatlarının, maliyyə resurslarının istifadəsinin səmərəliliyinin artması; geniş tələbata malik yeni müasir dizaynlı yun və ipək xalçaların istehsal edilməsinə və satışına başlanması; xarici ölkələrə (Almaniya, Bəhreyn, BƏƏ, İsrail, Rusiya və sair) xalçaların satışının həyata keçirilməsi;

Cəmiyyətin inkişafına dair yol xəritəsinin hazırlanması və mərhələlərlə həyata keçirilməsi.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.