Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Kartanın “Təbiətin nemətləri” (“Gifts of nature”) adlı fərdi sərgisi açılışı mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, ölkəmiz bu yaxınlarda Venesiya Biennalesində iştirak edəcək.
“Ədəbiyyat və incəsənət” portalı Anar Ələkbərova istinadən xəbər verir ki, həmin Biennaledə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın bir sıra memarlıq əsərləri təqdim olunacaq. Artıq bu istiqamətdə hazırlıqlara başlanılıb.
Xüsusi olaraq Zəfər muzey və park komplekslərinə önəm veriləcək, Zəngilan və Şuşa məscidləri, "Ağ şəhər" Kompleksi Venesiya Biennalesində təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)