“Mikelancelo Buonarrotinin – 550” adlı videoçarx hazırlanıb

 

Görkəmli  heykəltaraş, rəssam və memar, dünya mədəniyyət xəzinəsinə əvəzsiz əsərlər bəxş edən Mikelancelonun 550 illik yubileyi tamam oldu. “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Mikelancelo Buonarroti – 550” adlı videoçarx hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, kitabxananın əməkdaşları Təranə Heydərovanın və Aysel Həsənovanın hazırladıqları videoçarx İtaliya heykəltaraşı, rəssamı, memarı və şairi, İntibah dövrü mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri Mikelancelo Buonarrotinin 550 illik yubileyinə həsr olunub. Videoçarxda Mikelancelonun həyatı və yaradıcılığı haqqında məlumat verilir. “Heykəllər”,Rəsm əsərləri”, “Memarlıq” bölmələrində Mikelancelonun bir sıra əsərləri nümayiş olunur.

Videoçarx YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib: https://www.youtube.com/watch?v=iqic0o_8sF0

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.