Şah İsmayıl Xətainin qadağasını aradan qaldıran rəssam Featured

Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov Şah İsmayıl Xətainin anası Aləmşah xatınun obrazını yaradıb. Bu, həm də Şah İsmayıl Xətainin qadağasını aradan qaldırmaq deməkdir.

 

Şah İsmayılın, ümumiyyıtlə Səfəvi tarıxçilərinin yazdıqlarına görə Şah ismayııl Xətai, sonra isə  Şah Təhmasıb xanımlarının, analarının, hərəmlərinin haqqında yazmağı həm saray tarlxçilərinə, həm də o dövrün ölkə tarıxçilərinə qadağan ediblər. Təbii ki, Şah xanımlarının, analarının rəsmlərini çəkməkdən söhbət belə gedə bilməzdi...Sakit Məmmədov 500 ildən sonra Şah İsmayılın qadağasını aradan qaldırdı və gərgin axtarışlardan, o dövrə aid tarixi əsərlərdən, miniatürlərdən, Şah İsmayılın öz əsərlərindən bəhrələnərək Şah İsmayıl Xətainin anasl Aləmşah xatınun möhtəşəm tablosunu yaratdı..

Xalq rəssamı Sakit Məmmədov bu möhtəşəm əsərlə həm tariximizə, həm də təsviri sənətimizə öz misilsiz töhfəsini vermiş oldu...

Eşq olsun!..

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.