Misirdə ətir saçan Azərbaycan çiçəkləri

 

Həmyerlimiz, istedadlı karikaturaçı-rəssam Soltan Soltanlı ilə bağlı “Ədəbiyyat və incəsənət” portalının iki yeni xəbəri var. 

 

Öncə ondan başlayaq ki, Malayziyada nəşr olunan "Rossem Cartoon House" sənət dərgisinin fevral sayında Soltan Soltanlının bir əsəri yer alıb.

İkinci xəbər: Misirdə "Çiçəklər" mövzusunda keçirilən 1-ci Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi açılıb. Soltanın bir əsəri sərgidə yer alıb.

Şəkildə Soltanın “Çiçəklər” karikaturasını görürsünüz.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.