İmirlidən Topqapıya, Xəzərdən Bosfora! Featured

Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri, tanınmış dekorativ tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə həyata keçirdikləri «Zəngəzur sənətkarlığı» adlı layinənin yekunları ilə bağlı “Ədəbiyyat və incəsənət” portalının suallarını cavablandırıb.

 

  - Lalə xanim, bu günlərdə layihənizin başa çatması ilə əlaqədarhesabatınız müvafiq qurumlar tərəfindən qəbul edildi. Bu arada həm qardaş Türkiyə, həm də yerli mətbuatimizda "Zəngəzur sənətkarliği" adli layihənizlə bağli xeyli məlumat dərc edildi. YalnizQHT rəhbəri deyil, həm də sənətkar olaraq məram və məqsədinizdən daha ətrafli danişa bilərdinizmi?

 

 -Məmnuniyyətlə. Amma mən insanlarımızda işimiz haqqında dolğun fikir formalaşdırmaq üçün əvvəlcə bizi bu layihəyə gətirən yollardan danışmalı olacağam...

 

 - Buyurun.

 

-Yaradıcılığımızı yaxından izləyənlər bilirlər ki, həyat yoldaşımla mən, jurnalistikadan, övladımız isə riyaziyyatçı ixtisasından bu gözəl sənətə gəlmişik. Bu olayın da çox ibrətamiz bir tarixçəsi var...Ayrıca mövzudu... İndi sualınızdan yayınmaq istəmirəm. Hər iki sahəyə böyük sevgimiz bizi yaşatmaqdadır. Əsil jurnalistika həm də müxtəlif düşüncə sistemlərinin sərgilədiyi təsəvvürlərin, mədəniyyət nümunələrinin, xalq sənəti ənənələrinin kəsişdiyi nöqtələri incələməlidi... O üzdən bizi yetişdirən jurnalistika məktəbinin bizə bəxş elədiyi analitik təfəkkür, tətqiqatçılıq, araşdırmaçılıq qabiliyyəti bu günkü uğurlarımızın təməlini qoymuş oldu.

Bir vaxtlar evimizin, məişətimizin bəzəyinə, əsas atributlarına çevrilmiş bir sıra xalq sənəti nümunələrimiz vardı. Xalçasız, sandıqsız, mücrüsüz ev, gəlin cehizsiz olmazdı. Şükürlər olsun ki, xalçamız, xalçaçılığımız dövlət himayəsində yaradılmış ayrı ayrı institutlar tərəfindən uğurla qorunaraq inkişaf etdirilməkdə, Azərbaycanımızın həsəd aparılacaq simvollarından biri kimi dünyaca təbliğ edilməkdədir. Təəssüf ki, sandıq, mücrü haqda bunu söyləmək olmur. Sərdarlı ailəsi olaraq ömrümüzün son səkkiz ilini Azərbaycanda sandıq ömrünü uzatmağa çalışırıq.

Əldə etdiyimiz məlumatlara görə ölkəmizin cənub bölgəsində bir ailə, şimal bölgəsində isə bir usta ənənəvi üsullarla bu xalq sənətini qismən də olsa yaşatmışlar.

Nəzərə alsaq ki, on milyonluq əhalisi olan ölkədə yaşayırıq, bu sandıqçılığın Azərbaycanda unudulmuş, silinib getmiş bir peşə olduğunu görərik. Bununla belə qürurla deyə bilərəm ki, yaratdığımız sandıqçılıq, mücrü nümunələri Azərbaycan mədəniyyət tarixində dövlətimizin müvafiq qurumları tərəfindənilk dəfə olaraq sənət əsərləri kimi dəyərləndirilərək qeydiyyata alındı. Bəzi seçilmiş əsərlərimiz isə digər ölkələrin tanınmış muzeylərinin, eləcə də şəxsi kolleksiyaların daimi sakinlərinə çevrildilər.

 

-Nədən yaradiciliğinizda Qərbi Azərbaycan mövzusuna daha geniş yer ayirmağa başladiniz?

 

-Əslində, biz bütün xalqların xalq sənəti ənənələrinə insanlığa tövhə verə bilən  bütün mədəniyyət nümunələrinə sevgi və ehtiramla yanaşır, əsərlərimizdə bir qayda olaraq bunu tərənnüm edirik. Azərbaycanın mədəniyyətini,ədəbiyyatını, incəsənətini, xalq yaradıcılığını, el sənəti ənənələrini formalaşdıran çox zəngin mədəni irs coğrafiyamızın dünya xəritəsində böyük ölçüləri var. Bax o mədəni miras xəzinəmizin ən önəmli sərvətlərindən olan bir sıra tarixi memarlıq abidələrimiz vaxtilə Qərbi Azərbaycanımızın azərbaycanlılara məxsus ərazilərində inşa olunub. Zamanında bu abidələr dünyaca tanınmış səyyahlar  tərəfindən də Şərq memarlıq məktəbinin ən ecazkar incilərindən hesab olunub. Lakin yağı düşmən zaman zaman xüsusi amansızlıqla bu misilsiz sərvətimizi yerlə yeksan etməklə, ümumililikdə insanlığa töhvə olan sənət əsərlərimizə qarşı qətliam törətmişlər.

Hesabetdikki, acı talelərə tuş gəlmiş QərbiAzərbaycanaməxsussənətincilərinindekorativtətbiqisənətnümunələrində də birobrazkimiyaşamaq, yenidənsevilmək,dünyacatanınmaq haqqı var.

Bu minvalla biz əvvəlcə, elə yaşayıb yaratdığımız məkandaca qədim, doğma İrəvanımızın, Şərqin nadir memarlıq incisi sayılan «Sərdar sarayı»nın uca ruhuna ithaf etdiyimiz, dünyada yeganə olan «Sərdar sandıq ocağı» adlı sandıq evi qurduq.Yeri gəlmişkən bu il üç yaşımız tamam oldu.

Üç il ərzində burada yaratdığımız Qərbi Azərbaycanın yer üzündən silinmiş tarixi memarlıq abidələrinin, digər xalq yaradıcılığı elementlərini də özündə ehtiva edən dekorativ tətbiqi sənət nümunələrini ziyarətçilərə tanıtdıq. «Turan Yolu -Zəngəzurum» adlı kolleksiyamıza aid olan «Zəngəzurum», «Dərələyəzim», «Dərələyəzim vəhdətdə», «İrəvanım», «Sərdarım», «Mənim ailəm» adlı və digər əsərlərimizlə istər ölkəmizin tanınmış sənət korifeyləri, sənətşünaslar, ekspertlər, istərsə də digər ökələrin kifayət qədər nüfuzlu təmsilçiləri ilk dəfə məhz bu ocaqda tanış olurdular. Azərbaycan Milli İncəsənət Muzeyi də sağ olsun ki, ötən il öz möhtəşəm məkanlarında əsərlərimizi daha geniş kütlələr qarşısında sərgiləməyə şərait yaratdı. Bu ilin birinci yarısında isə Bakı Yunus Əmrə İnstitutu öz gözəl iqamətgahında «Turan Yolu- Zəngəzurum» adlı kolleksiyamızın xüsusi tanıtım tədbirini gerçəkləşdirdi. Bu təşəbbüslərinə və təşkilatçılıqlarına görə,uzun müddətdir yaradıcılığımızı yaxından izlədiklərinə, sandıq ocağımızı dəfələrlə ziyarət etdiklərinə görə şəxsən institutun rəhbəri hörmətli Səlcuk Karakılıca da çox minnətdarıq. Tədbirin açılışında iştirak edən qardaş Türkiyənin millət vəkillərindən biri, bu əsərlərin Türkiyənin ayrı ayrı şəhərlərində də tanıdılmasının, təbliğ edilməsinin zəruriliyindən danışmışdı.

Burada "Yaşatmaq"," Tanıtmaq" adlı anlayışlardan danışarkən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Vətən Müharibəmiz dövründə işlətdiyi,  hamımızı duyğulandıran "Şuşasız olmaz" ifadəsi yadıma düşür. Bizim həyat hekayəmizdə isə fəaliyyətimizlə bağlı mühüm dönüş nöqtələrindən danışarkən "İmirlisiz olmaz" deyirik. Bəli, qədim Bərdəmizin İmirli kəndində ötən il ərsəyə gətirilən və indiyədək bizim heç yerdə rast gəlmədiyimiz unikal bir folklor nümunələri sərgisi bizi yaman sehrə salmışdı. O zaman  hələ ötən əsrin 40-cı, 50-ci illərində Qərbi Azərbaycan elimizdən bura pənah gətirən əziz soydaşlarımızın özləri ilə gətirə bildikləri məişət əşyaları, xalq sənəti nümunələri ilə təssuf ki, yalnız mətbuat, ekran vasitəsilə tanış ola bilmişdik. Burda gördüklərimiz, duyduqlarımız, eşitdiklərimiz sonrakı fəaliyyətimizdə bir İmirli xətti, İmirli cığırı, İmirli işığı yaratdı bizim üçün. Əlbəttə biz yaradıcı insanlara bəxş etdiyi bu işığa, enerjiyə görə hörmətli professorumuz Mahirə xanıma çox minnətdarıq.

ADPU-nin prorektoru, görkəmli alim, professor Mahirə xanımın şəxsi səyləri, təşkilatçılığı ilə ərsəyə gələn bu tarix yaddaşı bayramında söylədikləri də bizi fəaliyyətimizdə yeni mərhələyə təşviq etdi... O, dedi ki, -"Əgər bir xalq, yaddaşını qoruyub saxlaya bilibsə, sahib olduğu bir xalçanı, məişət əşyalarını, mətbəxini, onların hazırlanma qaydalarını hafizəsində möhkəmləndiribsə, öz yerinə, yurduna məxsus olan tayfaların, obaların, çay, dəniz, bulaq, cığır, düz, qaya adlarını sevə sevə qoruyub saxlayaraq folkloruna hopdurubsa, onda o mütləq qalib xalq olacaqdır".... Bəli, biz də yaratdıqlarımızda bu zəngin mədəni irsimizi yaşatmaq, dünyaca təbliğ etmək, tanıtmaq amacıyla bu yola çıxdıq.

Beləcə İmirli bizə motivasiya, stimul verməklə yanaşı həm də Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi ilə aramızda bir körpüyə çevrildi. Mərkəz hər zaman yaradıcılığımıza, fəaliyyətimizə yüksək dəyər verərək diqqət və sayğısını əsirgəmədi. Bütün bunlara görə mərkəzin rəhbərliyinə, Leyla xanım Cəlalovaya, Filologiya fakultəsinin dekanı Könül xanım Həsənovaya minnətdarlığımızı bildiririk.

Layihəmizə görə «Turan Yolu -Zəngəzurum» adlı kolleksiyamızı İstambul ictimaiyyətinin uyğun kəsiminə tanıtmalıydıq. Qərbi Acərbaycanın zəngin mədəni irsini təbliğ etmək yolunda yeni əlaqələrin yaranmasını təmin etməliydik.

Tarix yaddaşımızdan sızan haraylara səs verərək Türk Oğuz el sənətləri ənənələrinin nümunələrini əvvəlcə qardaş Türkiyədə tanıtmağa qərar verdik.

  

-Uğurlarınıza görə hesab etmək olar ki, əsas hədəflərinizə çatdınız. Nəticələr sizi tam qane etdimi?

 

-Əgər mən qardaş ölkədə işimizlə bağlı baş verənləri olduğu kimi danışsam təvazökarlıqdan çox uzaq olardı. Bircə onu deyim ki, gözlədiklərimizdən daha artığına nail olduq. Bayaq qeyd etdiyiniz kimi bu layihə ümumi işimizin bir epizodu olsa da İstanbul səfərində əldə etdiyimiz nailiyyətlər bizim həyatımızda çox mühüm, elə mədəniyyət tariximizdə də iz qoya biləcək məqamlarla yadda qalacaq.

 

-Sizə görə istanbul səfərinizin məhz hansı məqamları daha önəmli, yaddaqalan oldu?

 

-Vallah, orda keçən hər anımız bizim üçün çox önəmliydi. Ən çox da sərgimiz zamanı insanların sənətimizə, şəxsimizə yönəlik davranışları bizi çox duyğulandırırdı. Bu cür münasibəti ilk dəfə görürdük. Qərbi Acərbaycan mədəni irsinə bu dərəcədə sevgi və sayğını seyr etmək  bizim üçün ən böyük mükafat idi.

Bundan başqa beynəlxalq aləmdə nüfuzuna görə kifayət qədər tanınan Mərmərə Qrupu Vəqfinin qurucusu və rəhbəri hörmətli doktor Akkan Suverin fəaliyyətimizə xeyir dua verməsi, ordakı tədbirlərimizdə ən yüksək səviyyədə iştirakı, tarixi «Validə Sultan» gəmisində anşlaqla keçən «Zəngəzur sənətkarlığı» adlı sərgimiz, Türkiyənin bir nömrəli xəbər agentliyi DHA-nin və digər media qurumlarının bu hadisəni ən yüksək səviyyədə işıqlandırması, dünyaca məhşur Topqapı sarayı rəhbərliyinin, şəxsən sarayın başkanı İlhan Kocamanın Acərbaycan sənətkarları olaraq, şəxsimizə göstərdiyi yüksək qonaqpərvərlik, Sərdarlı sənətkar ailəsi olaraq yaratdığımız əsərlərə yönəlik verdiyi yüksək dəyər, «Zəngəzurum» və «Dərələyəzim vəhdətdə» adlı əsərlərimizin ziyarətçilər qarşısında sərgilənməsi üçün xüsusi guşə ayrılması haqqında verdiyi  qərar, bizim üçün sıradan bir hadisə, sıradan bir uğur ola bilməzdi.

 

- Sadaladığınız bu hadisələr burda, Azərbaycanda necə qarşılandı?

 

-Əvvəlcə mən qardaş Türkiyədəki münasibəti diqqətinizə çatdırmaq istərdim. Orda haqqımızda məlumatlar yayıldıqdan sonra bir çox görüşlərə, tədbirlərə dəvət alırdıq. Hər yerdə bizi ən yüksək səviyyədə qarşılayır, təbrik edir, ehtiram göstərirdilər. İstanbuldakı Atatürk Kültür Mərkəzində keçirilən mötəbər bir sənət tədbirindəki görüş zamanı isə Türkiyə dərnəklərindən birinin rəhbəri Cem Yıldırımer bildirdi ki, burdakı uğurlarınız Türkiyə Azərbaycan qardaşlığının uğuru, Azərbaycan mədəniyyətinin uğuru, ortaq köklərimizə söykənən türk xalq sənəti ənənələrinin təntənəsidir. Daha sonra qeyd etdi ki, Türkiyənin, eləcə də böyük Türk dünyasının hər bir sənətkarı üçün onun yaratdığı əsərin dünyaca məhşur Topqapı sarayında sərgilənməsi böyük şərəfdir. Bizi də bu şərəfə nail olduğumuza görə tədbirə qatılan Türkiyənin millət vəkilləri, sənət adamları, İstanbulun sənətsevər elitasının nümayəndələri, Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində uğurla fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin direktoru hörmətli Samir Abbasov, Baş Konsulumuz hörmətli Nərminə Mustafayeva ürəkdən təbrik etdilər. «Tək hədəfimiz eğitim» adlı dərnəyin rəhbəri Cem Yıldırımerin təşəbbüsü ilə bu uğurumuza həsr olunmuş ayrıca görüş təşkil olundu. Bu görüşdə təkcə bu təşkilatın deyil, onlarla əməkdaşlıq edən digər qurumların təmsilçiləri də iştirak edirdilər. Əlbəttə bütün bu diqqətə, sayğıya, sənətimizə, fəaliyyətimizə verilən yüksək dəyərə görə bir Azərbaycan vətəndaşı olaraq, sənətkar olaraq ürəyimiz dağa dönmüşdü. Ölkəmizi bu cür təmsil etməkdən qürur duyurduq... Bu ərəfədə Azərbaycandan da yalnız sosial şəbəkələr üzrə beş yüzə yaxın təbrik mesajı almışdıq. Onların hər birinə fürsətdən istifadə edib bir daha minnətdarlığımızı çatdırırıq.

Bakıda da bizi efirlərinə dəvət edən Real Tv, GünAz Tv, Qərbi Azərbaycan Tv, Səs Tv  nəaliyyətimizi  Azərbaycan mədəniyyətinə verdiyimiz bir töhvə kimi təqdim edib bunu bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru olaraq qələmə verdilər. Buna görə bütün Tv lərə minnətdarlığımı bildirirəm. Hörmətli millət vəkilimiz Hikmət Babaoğlunun, tanınmış jurnalistimiz Şöhrət Eldənizin, tanınmış tədqiqatçı hüquqşünasımız Səməd Vəkilovun bu hadisəyə Qərbi Azərbaycana qayıdış fəlsəfəsi prizmasından özünəməxsus yanaşmaları da bizi çox duyğulandırdı. Təəssüf ki, Qərbi Azərbaycan Tv də hörmətli Hikmət müəllimlə layihəmizin kordinatoru İsgəndər Sərdarlı ilə olan efiri hələ  də yayımlanmayıb.

Təbriklərə qoşulan hörmətli millət vəkilimiz, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli bildirdi ki, yaxın zamanlarda çəkilmiş efiri yayımlayacaqlar. Biz də səbirsizliklə bu efiri gözləyirik. Bundan başqa ADPU-də fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin də işimizə göstərdiyi xüsusi diqqət və saygını da unutmaq olmaz. Həm səfər öncəsi, həm də sonra bizimlə görüş keçirdilər. Uğurumuzun sevincinə şərik olub bizi ürəkdən təbrik etdilər. Mərkəzin təşəbbüsü ilə SəsTv də tədqiqatçı hüquqşünas, hörmətli Səməd müəllimin müəllifi olduğu layihə çərçivəsində Qərbi Azərbaycan mədəni irsinin yaşadılması, təbliğ olunması yolundakı fəaliyyətimizə yönəlik ayrıca veriliş yayımladılar.

 

- Bu uğurlu nəticələrdən sonra gözləntiləriniz nədir?

 

-Bilirsinizmi, mən indi burda söylədiklərimi  hesabat olaraq rəşadətli ordumuzu, xalqımızı, gözəl ölkəmizi böyük zəfərə daşıyan Müzəffər Ali Baş Komandanımız,  cənab Prezidentimiz möhtərəm İlham Əliyevə, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına, zəngin mədəni irsimizin dünyada tanıdılmasına və təbliğinə böyük töhvələr vermiş Birinci Vitse Prezidentimiz, Heydər Əliev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, eləcə də ölkəmizdə mədəniyyətimizin inkişafına cavabdeh olan bütün dövlət və qeyri dövlət qurumlarına, Qərbi Azərbaycan həqiqətlərini təbliğ etməyə görəvli olan bütün təşkilatlara, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və xalqımıza təqdim edirəm.

Çünki bu yola çıxarkən hörmətli Prezidentimizin inaqurasiya çıxışı zamanı toxunduğu müqəddəs ailə institutumuzun sütunu olan milli mənəvi dəyərlərimizin yaşadılması, şanlı tariximizə söykənən zəngin mədəni irsimizin təbliği və haqq işimizə, tərəqqimizə töhvə verə bilən vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı tezisləri əldə rəhbər tutaraq çıxdıq. Bu baxımdan xöşbəxtik ki, bir əsgər kimi Ali Baş Komandanımızın verdiyi tapşırıqları şərəflə yerinə yetirə bildik. Gözləntimizə gəldikdə isə ümidvarıq ki,  müvafiq qurumların yerlərdəki aidiyyatlı görəvliləri əldə etdiyimiz nəticələrə uyğun adekvat davranışlarıyla bundan sonra Azərbaycan mədəniyyətinin, zəngin mədəni irsimizin təbliğində bizim yaradıcılıq potensialımızdan da geniş şəkildə yararlanacaqlar.

 

-QHT rəhbəri,  həm də sənətkar olaraq gələcək planlarınız haqqında nə söyləyə bilərsiniz?

 

-Əvvəlcə mən, fürsətdən istifadə edib, bizi Azərbaycan, eləcə də böyük Türk dünyası mədəniyyətinin uğuruna daşıyan planın baş tutmasında başda QHT Agentliyi olmaqla hər kəsə, Türkiyədə uğurla fəaliyyət göstərən Mədəniyyət Mərkəzinə, ordakı tərəfdaşlarımız «Tək hədəfimiz eğitim» dərnəyinə, «Xarıbülbül Azərbaycan Vizion Tiatrosu» birliyinə, Azərbaycan Diasporla İş Komitəsinə, Azərbaycanın xalq artisti ShouwplusTv-nin rəhbəri Samir Cəfərova, bizi bu cür işlər görmək iqtidarına çatdıran dövlətimizə, xalqımıza və valideynlərimizin bizi heç zaman yalnız qoymayan ruhlarına minnətdarlığımı çatdırmaq istəyirəm. Əzəldən planımızı qurub yaratmaq, bir unudulmuş sənəti, ənənələrimizi yaşatmaqla dekorativ tətbiqi sənət sahəmizə kiçicik də olsa töhvə vermək amacıyla düzüb qoşmuşduq. Araşdırmalarımızın sehri bizi bir xalçanın iziylə Dərələyəz mahalının Keşişkənd adlı gözəl bir diyarına daşımışdı. Amma bura qədər yüzlərlə Azərbaycan xalçasını kitabələr təki oxumuş, öyrənmişdik. Yalnız Keşişkənddə 1873-cü ildə toxunmuş at yəhəri xalçası xüsusi diqqətimizi çəkmişdi. Burdakı heç yerdə rast gəlmədiyimiz naxışların hikməti bizi sehirli cazibəsinə almışdı. O üzdən biz bu naxışlara yenidən həyat verib öz əsərlərimizdə yaşatmağa qərar vermişdik. Əlbəttə ən əvvəl Uca Yaradanımızın nəzəri və lütvüylə Xəzər sahillərində hazırladığımız «Dərələyəzim vəhdətdə» və «Zəngəzurum» adlı əsərlərimizi Bosfor boğazına, «Validə Sultan»gəmisinə, oradan da dünyaca məhşur Topqapı sarayına daşıya bildik. Bu o deməkdir ki, Dərələyəzim, Zəngəzurum adını daşıyan bu əsərlər biz həyatda olmayanda da yaşayacaq. Və kimlərsə bizi kimi bu əsərlərə baxıb yeni, daha gözəl əsərlər yaratmaqla  müqəddəs vətən yaddaşı ömrünə ömür qatacaqlar... Bilirsinizmi planlar barədə verdiyiniz suala cavab vermək üçün mən indi konkret gələcək bir layihədən danışa bilmirəm. Biz bu gün haqqında danışdığımız, mədəmiyyət tariximizə iz qoyacaq o layihəni QHT Agentliyinin ən kiçik qrantlar üzrə müsabiqəsi əsasında reallaşdırdıq. Amma bu gördüyümüz ümumi işin yalnız bir hissəsi üçün yetərlidir. Bura qədər böyük bir kolleksiyanı, əsərlərimizi, apardığımız tədqiqat işlərini, təbliğat materiallarımızı öz daxili, şəxsi resurslar hesabına ərsəyə gətirmişik. Buna görə həm də bir ailə olaraq özümüzü bu şərəfli yol üçün müəyyən şeylərdən məhrum etmişik. Peşman da deyilik. Lakin bundan sonra daha böyük planları qurmaq üçün, yaradıcılıq potensialımızın Azərbaycan mədəniyyətinin təbliğinə, mədəni irsimizin qorunmasına, yaşadılmasına töhvə verməsi üçün müvafiq qurumların dəstəyinə ehtiyacımız vardır. Əgər bu dəstək olarsa ölkəmiz üçün, sənətimiz üçün daha böyük işlər görə bilərik.

   İnanırıq ki, özünün ən böyük tarixi zəfəri dövrünü yaşayan bir ölkənin sənətkarları olaraq    şanlı tariximizə söykənən, zəngin mədəni irsimizi tərənnüm edən bir çox yüksək sənət əsərləri yarada bilərik....

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.