Bütün sinif ali məktəbə qəbil oldu Featured

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

“Danışan fotoşəkillər” rubrikamda sizlərə təqdim etdiyim bu fotoda siz xoşbəxt yeniyetmələri görürsünüz. Niyə xoşbəxt? 

Deyim də! 

 

Bir neçə gündür ki, az qala hamı tələbə qəbulu barədə danışır. Belə ki, qəbul imtahanlarından sonra kodlaşdırma başa çatdı və nəticələr elan olundu.

Birdən birə bir sinfin bütün şagirdlərinin ali məktəbə qəbul edilməsi barədə eşitmişdinizmi? 

Buyurun, şəkildəki yeniyetmələr Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin 11A sinif şagirdləridir, onlar ölkə üzrə rekord nəticə göstəriblər. 

Belə ki, ali məktəblərə qəbul üçün sənəd verən 19 nəfərin hər biri müvafiq universitetlərə qəbul olaraq 100 faiz nəticə göstəriblər.

Bölgələrdə belə uğur göstəricisi çox sevindiricidir.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.