Heydər Əliyev Fondu və Tretyakov Qalereyası Tair Salahovun sərgisini təqdim edəcək

Tretyakov Qalereyası Heydər Əliyev Fondu ilə birgə SSRİ və Azərbaycanın xalq rəssamı Tahir Salahovun sərgisini təqdim edəcək. 

AzərTAC qalereyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Tretyakov Qalereyasının, Moskva Şərq xalqları Muzeyinin və Azərbaycan muzeylərinin kolleksiyalarından rəssamın 50 əsəri təqdim olunacaq Tahir Salahovun Avropada ilk böyük beynəlxalq sərgisi olacaq.

“Tretyakov Qalereyası CSAR Mərkəzi, Ca'Foscari Venesiya Universiteti, Moskvadakı Dövlət Şərq Muzeyi və Heydər Əliyev Fondu ilə birlikdə Tahir Salahovun sərgisini təqdim edir. Bu, Tahir Salahovun Avropada ilk iri beynəlxalq sərgisidir və burada rəssamın Tretyakov Qalereyası, Moskvadakı Şərq Xalqları Muzeyi və Azərbaycan muzeylərinin kolleksiyalarından 50 əsəri nümayiş etdiriləcək”, - Tretyakov Qalereyasının 2022-ci il üçün planlar ilə bağlı məlumatda deyilir. 

Dünyaşöhrətli rəssam Tahir Salahovun əsərlərindən ibarət sərgi aprel-sentyabr aylarında keçiriləcək. Bu, 1962-ci ildə Venesiya biennalesində iştirak edən üç "sərt üslublu" sovet rəssamına həsr olunmuş layihənin davamı olacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.