SORUŞUN, CAVAB VERƏK - Azərbaycanda ilk abidə hansıdır?

Bu dəfə oxucumuz Z. Talıbova “Azərbaycanda ilk abidə hansıdır?” sualı ilə “Ədəbiyyat və incəsənət”ə müraciət edib. Deyir, internetdən 3 müxtəlif versiyada cavab tapmışam. Bilmirəm, hansına inanım.

 

Azərbaycanda insana ucaldılan ilk abidə hansıdır? Bu abidə 1922-ci ildə Bakıda heykəltaraş Yakov Keylixis tərəfindən böyük şair Mirzə Ələkbər Sabirin şətəfinə ucaldılmışdır.

1958-ci ildə bu heykəl dəyişdirilir və həmin ərazidə Sabirin çağdaş dövrümüzdəki heykəli ucaldılır. Əvvəlki heykəldə Sabir ayaq üstə təsvir olunmuşdusa, sonrakı heykəldə oturaq vəziyyətdə təsvir olunub. Bu heykəlin müəllifi isə heykəltaraş Cəlal Qaryağdıdır.

Maraqlıdır, Yakov Keylixisin Sabir heykəli hardasa qorunurmu?

Çünki bu müsəlman dünyasında insana ucaldılan ilk abidə sayılır. 

Suala cavab almaq üçün əlaqədar qurumlara müraciət etsək də cavab ala bilmədik. Araşdırmanı davam etdirəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.