“YARAT”da müasir incəsənətdə rəngkarlıq və teatrın vəziyyətindən danışılıb

“YARAT” Müasir İncəsənət Məkanının “ХХ-ХХI əsrlər Azərbaycan Rəngkarlığı” Muzeyində “Rəngkarlıq və teatr bu gün” mövzusunda müzakirə keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, rusiyalı sənətşünas, incəsənət tarixçisi Leonid Bajanov, gürcüstanlı teatr rejissoru, “Fabrika” teatrının yaradıcısı Robert Sturua iştirak ediblər.

 

İki saata yaxın davam edən müzakirə zamanı müasir incəsənətdə rəngkarlıq və teatrın vəziyyətindən danışılıb, həmçinin ekspertlər tamaşaçıların suallarını cavablandırıblar.

 

Tədbirin moderatoru qismində vizual sənət nəzəriyyəçisi Elçin Şamilli çıxış edib. O, teatr və rəngkarlıqda absurd, həyat faciəsi mövzusunu rəssam və rejissorun gözü ilə təsvir edib.

 

Görüş tamaşaçıların və gecənin qəhrəmanlarının səmimi qarşılıqlı maraq doğuran mühitdə keçib.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.