2024-cü il 22 yanvar tarixində Azərbaycan Respublikasının Xalq Rəssamı, professor Sirus Mirzəzadənin 80 yaşı tamam olur. Rəssam yubiley ili münasibətilə doğum günü ərəfəsində - 22 dekabr tarixində yaradıcılıq emalatxanasının açılışını edərək görüş təşkil edir.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Məclisin mədəniyyət eksperti Əkbər Qoşalı məlumat verib.
Emalatxanada sənətsevərlərlə gələn il keçiriləcək yubiley sərgisinin müzakirələri olacaq, rəssam sərgisi haqqında fikirləri bölüşəcək. Bununla bərabər rəssamın keçiriləcək sərgisində nümayiş erdirəcəyi sənət əsərlərinin eskizləri də təqdim olunacaq. Açılışda rəssamın dostları, jurnalistlər, media nümayəndələri dəvətlidir və bütün sənətsevərlər də iştirak edə bilərlər. Ünvan Mirmahmud Kazımovski küçəsi.
“Ədəbiyyat və incəsənət”
(22.12.2023)