Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qadın rəssamlarla və rəssam dekorativ-tətbiqi sənət ustaları ilə görüşərək, onlarla Azərbaycanda rəssamlıq sənəti barədə müzakirələr aparıb.
AzərTAC xəbər verir ki, Qənirə Paşayeva rəssamlar Böyükxanım Dadaşova, Rüxsarə Abbasova, rəssam dekorativ-tətbiqi sənət ustaları Aytən Əliyeva, Aygün Nağıyeva ilə söhbət əsnasında onların ölkədə rəssamlıq sənətinə verdiyi töhfələrdən danışıb, uğurları və yeni yaradıcılıq planları ilə maraqlanıb.
Görüşdə iştirak edən rəssamlar son vaxtlar Milli Məclisin Mədəniyyət komitəsinin xətti ilə keçirilən sərgilərin incəsənət ictimaiyyətinin geniş marağına və rəğbətinə səbəb olduğunu bildiriblər.
Komitə sədri görüşün sonunda rəssamlara Qarabağı təsvir edən xatirə hədiyyəsi bağışlayıb, onlara yeni yaradıcılıq uğurları diləyib.