Azərbaycanın Latviyadakı səfirliyinin Liepaya Muzeyi ilə birgə təşkilatçılığı çərçivəsində Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın “İpək kainatı” adlı sərgisinin açılış mərasimi keçirilib.
Səfirlikdən AzərTAC-a bildirilib ki, Liepaya bələdiyyəsinin nümayəndələri, mədəniyyət xadimləri, jurnalistlər, eləcə də digər sənətsevərlərin iştirak etdiyi sərgidə rəssam İ.Kostina tərəfindən ərsəyə gətirilən və üzərində Azərbaycan mifologiyasındakı simurq quşu obrazları olan batika ipək boyama texnikasına aid əsərlər, kəlağayı kolleksiyası və Abşeron yarımadasının mənzərələrindən ibarət rəsmlər nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)