Bakıdakı Rus evində rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Günel Ravilovanın “Mənim həyatım” adlı ekspozisiyası açılıb.
Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin verdiyi məlumata görə, sərgidə 40 sənət nümunəsi qonaqların diqqətinə təqdim edilib. Əl işlərində sürrealist dünyagörüşünün məqamları – adi süjetə qeyri-ənənəvi yanaşma, cəsur rəssamlıq fəndləri öz əksini tapıb. Təsvirlərin hər biri müəllifin dünyaya inandırıcı baxış mövqeyini əks etdirir.
Diplomatik korpus nümayəndələri, yaradıcı birliklərin təmsilçiləri, görkəmli incəsənət xadimləri sərgi ilə tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)