Vinsent Van Qoqun (1853-1890) Fransanın işğalı zamanı nasistlər tərəfindən zəbt edilmiş rəsm əsəri Christie's-in Nyu-Yorkdakı hərracında cümə axşamı günü hərrac evinin saytında 35,9 milyon dollara satılıb.
“Ədəbiyyat və incəsənət” TASS agentliyinə istinadən məlumat verir ki, Van Qoq tərəfindən 1888-ci ildə çəkilmiş bu rəsm dəqiq olaraq $35,885 milyon dollara satılıb ki, bu da satışın maksimal gözlənilən dəyərindən təxminən $6 mln çoxdur.
Van Qoq "Buğda tayası"nı Arlada (Fransanın cənubu) olarkən çəkib, bir ildən çox rəsmin üzərində işləyib. Rəssam bu dövrdə yazılmış rəsmlərdən bəzilərini özünün ən yaxşı əsərlərindən hesab edirdi.
Van Qoqun ölümündən sonra “Buğda tayası” qardaşı Teoya miras qaldı. Daha sonra əsər bir neçə sahibini dəyişdi, bundan sonra İkinci Dünya müharibəsində Fransanın işğalı zamanı nasistlərin əlinə keçdi. O vaxtdan bəri əsərin yeri naməlum qalmışdı, ta ki 1970-ci illərin axırlarına qədər. O zaman Christie's auksion evi onu incəsənət əsərlərinin satışı ilə məşğul olan Amerika şirkətindən aldı. Elə də baha olmayan qiymətə. İndi də, budur, çox baha qiymətə satdı.