Xalq yazıçısı Əzizə Cəfərzadənin vəfatının 20 illiyi yaxınlaşdığı dövrdə (4 sentyabr, 2003-cü ildə vəfat edib) onun doğmaları bir sıra nadir fotosunu sosial mediada paylaşıblar. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu dərc edilənlər yazıçının 1937-1960-ci illərdə çəkilmiş olan tək fotolarıdır.
Bu fotoların böyük hissəsini yazıçının doömaları 2020-ci ildə köhnə (1946-1960) foto lentlərdən kompüterləşdiriblər. 7500-dən çox fotodur.
Əzizə Cəfərzadə həm də gözəl həvəskar fotoqraf idi. Özü çəkər və özü həm lenti aşkarlayar, həm də foto kağıza keçirərdi. Qızı 11-12 yaşına çatanda yeni fotoaparat, aşkarlama qurğuları və kinokamera alaraq bu işləri artıq qızına həvalə etdi.
Bu fotoların elektron formasını keçən il Dövlət kino-foto arxivinə də təqdim edilib. Bunların kiçik bir hissəsi (600-ə yaxın foto) www.azizajafarzade.com saytında və google photos da var.
“Ədəbiyyat və incəsənət”
(24.09.2023)