“Ədəbiyyat və incəsənət” portalı Aida Adıgözəlin əbədi mövzuya baxışlarını təqdim edir.
Mənsə nə dindaram, nə də mifiologist... O üzdən Dostoyevski və Oşoya hə deyirəm.
Ərəbin inancına görə Cəhənnəm həddindən çox isti olan, insanların durmadan əzab çəkdiyi bir yerdi. Orada qaynar yeməklər və içməklərdən başqa bir şey yoxdu.
Səbəb?
Çünki, Ərəblər isti bir coğrafiyada yaşayan və istidən əziyət çəkən bir toplumdur. Ona görə də, onlar üçün ən iztirablı yer elə isti yerdir.
Norveç mifologiyasına görə isə Cəhənnəm (Niflheim) buz kimi soyuq yeraltı dünyadır və ordakı bütün göllər donmuş haldadır.
Səbəb?
Çünki, Norveçlilər soyuqda yaşayan və soyuqdan əziyət çəkən bir toplumdur.
Yaxşı bəs həqiqi cəhənnəm haradır?
Buna ən gözəl cavabı isə Dostoyevski belə verib:
"cəhənnəm insanın qəlbində sevginin bitdiyi yerdir"... və Oşo əlavə edər -
"Yaxşı insanlar cənnətə gedən deyil, yaxşı insanlar hara gedərsə cənnət orasıdır"
(c)
“Ədəbiyyat və incəsənət”
(16.08.2023)