MƏNCƏ... Eltən Törəçinin fikri

“Ədəbiyyat və incəsənət” portalının “Məncə” rubrikasında bu dəfə növbə Eltən Törəçinindir.

 

Toplumumuzun önünü kəsən, onun irəliləyişini əngəlləyən sıxıntıları əski yanaşmalar ilə çözə bilməyəcəyik. 

İllərdir bunu təkrarlayırıq  və bir arpa boyu yol getməmişik.

TV verilişlərdə danışdırdığımız aydınların dediklərindən heç nə çıxmadığını görürük. Qərbli kimi geyinib,

davranıb və düşünüb bu torpaqlarda yaşamağı yamsılamaqdan başqa heç nə əldə etməyəcəyik. Düşüncə biçimi dəyişməlidir, özümüzünküləşməli, öz dilimizdə düşünməli, özəyimizə dönməliyik.

Çölçü yaşam biçimi axtardığımız asan çözüm yollarını göstərir, bütün yurd sevər  aydınları bizə qoşulmağa çağırırıq. Gərçəkdən yurdunu, elini və Törəsini önəmsəyən hərkəsi gözləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.