Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Biz gələcəyik!” adlı yay düşərgəsi davam edir.
Dövlət Komitəsinin yaydığı məlumata görə, yay düşərgəsinin ikinci günü iştirakçılara şəxsi inkişaf üzrə təlimçi-mentor Cavidan Səfərli tərəfindən “Özünü tanı” adlı təlim keçirilib. Təlimdə uşaqlara özünü tanımağın yolları, maraqların müəyyən edilməsi, şəxsi dəyərlərin analizi, şəxsiyyət tiplərinin araşdırılması ilə bağlı praktik tapşırıqlar və test nümunələri təqdim olunub.
Sonra İsmayıllı şəhər Heydər Əliyev adına parkda təşkil olunmuş intellektual kod oyunu zamanı komandalar müxtəlif sualları cavablandırmaqla Azərbaycanın keçmişi və bu günü, həmçinin İsmayıllının tarixi, mədəniyyəti ilə əlaqədar maraqlı informasiyalar əldə ediblər.
Günün sonunda isə animasiya filmi nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)