“Ədəbiyyat və incəsənət” portalı tanınmış jurnalist Rauf Arifoğlunun yazısını təqdim edir.
Bu fotonu Şuşada çəkdirdim.
57 yaşımın tamamına saatlar qalırdı...
İki gündür burada Global Media Forum keçirilir.
Şuşa bayram içindədir. 50 ölkənin 150 media quruluşunu təmsil edən 250 tanınmış jurnalist, KİV rəhbəri!
Təsəvvür edirsiz, dünyanın 50 ölkəsindən Şuşaya qonaq çağırmışıq!
Prezident İlham Əliyevin açılışını etdiyi və möhtəşəm çıxışı, performansı ilə möhürlədiyi Şuşa Global Media Forum Azərbaycanın və Şuşanın tarixində bir ilkdir.
Mənim 57 illik ömrüm, 34 illik media karyeramda da belə möhtəşəm media tədbiri, şöləni olmayıb.
Prezidentin köməkçisi, əziz dostumuz Hikmət Hacıyevin rəhbərliyi ilə uğurla davam edən Media Forum 22 iyul axşamı iştirakçıların şərəfinə verilən ziyafət və qala konsertlə davam etdi.
Şuşada bayram etmək! Bu günləri 28 il həsrət və ağrı ilə gözlədik...
23 iyula bu cür keçdik. Musiqi sədaları, ziyafət, şən əhval -ruhiyyə...
Və Şuşadayıq!
Hesab etdim ki, bütün bunlar həm də dövlətimin mənə doğum günü hədiyyəsidir.
Hesab etdim ki, məni də bu Foruma dəvət etdilər ki, ömrümdə ilk dəfə Şuşada, həm də 50 ölkəni təmsil edən jurnalistlər ilə birlikdə doğum günümü qarşılayım.
Əslində də elədir!
Zəfərimizdən, Şuşamızdan, qələbəmizdən hər birimizin taleyinə böyük hədiyyə düşüb!
Bİz QALİB XALQın övladıyıq!
Biz ZƏFƏRİN yenidən yaratdığı millətik!
Hamımız yenidən doğulmuşuq!
Hər bizimizin doğum günümüz mübarək!
İçində də mənim!
“Ədəbiyyat və incəsənət”
(25.07.2023)