Riyaziyyat dahisi Sidiq Əfqanın açıqladığı ən təhlükəli tarix məhz 17 iyuldur Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Mən şəxsən mövhumatçı deyiləm, sizləri də mövhumatdan uzaq durmağa çağırıram. Amma və lakin…

Bəzi proqnoz-xəbərlər hansısa dahilərin hansısa dəqiq hesablamaları əsasında aparılır və ortaya çıxarılır, nəticə yüzəyüz düz olur. Biz keçmişin Nostradamusunu, Mir Mövsüm Nəvvabı, günümüzün Vanqasını, “Simpsonlar” cizgi fiımini nümunə gətirə bilərik. Növbəti etibarlı mənbə dəqiq elmlər sahəsində alim, əfsanəvi əfqan riyaziyyatçısı və filosofu Məhəmməd Sidiq Əfqandır. 21-ci əsrin Nostradamusu adlandırılan bu şəxs günlər öncə xüsusi bir düstur əsasında hesablamalar aparıb və bu yay baş verəcək və insanların daha diqqətli olmaları lazım olan tarixi açıqlayıb. Bu tarixin detonatoru isə Rusiya olacaq. 

Bu xəbər bomba kimi partlayıb və yəqin ki, çoxlarınız onu eşitmisiniz. 

Hazırda dünyada sülhün bir nömrəli təhlükə mənbəyi hesab edilən, o cümlədən bizim Qarabağ probleminin də açarını əlində saxlayan Rusiya təbii ki, hamının diqqət mərkəzindədir. 

Beləliklə, alimin hesablamalar apardığı bu düstura görə, bu ilin yayında - yəni bu vədələrdə ruslar çox diqqətli və yenə də diqqətli olmalıdırlar, çünki bu gün ən təhlükəli tarixi hadisə baş verəcək.

Qeyd edək ki, riyazi dahinin proqnozlarına etibar etmək və ya etibar etməmək hər kəsin şəxsi işidir. Və burada fakt budur ki, alimin bir neçə proqnozu artıq öz təsdiqini tapmışdır. Xüsusilə, Əfqan Sidiq SSRİ-nin dağılmasından iki il əvvəl bu hadisəni proqnozlaşdırırdı. Həm də o, ABŞ-da əkiz qüllələrin dağıdılması və Ukraynadakı Euromaidan-ın düşməsi ilə bağlı gerçək proqnozların müəllifidir.

Sidiq Əfqanın dediyi kimi, həm ruslar, həm də bütün dünya üçün ən dəhşətli tarix 17 iyul günü - yəni bu gün olacaq. Alimin fikrincə, bu gün dünyanı nüvə fəlakətinə apara biləcək bir növ təxribat baş verə bilər. Hər halda, onun proqnozuna görə, dünya gücləri bir-birlərinə qarşı nüvə şantajından qaça bilməyəcəklər.

Bu gün məhz həmin gündür - 17 iyuldur. Və gəlin ümid edək ki, Sidiq Əfqan bu dəfə yanılacaq, heç bir nüvə təxribatı baş verməyəcək. 

Bizə bir ömür verilib, onu xoşbəxt yaşamaq hər kəsin haqqıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.