Cənnət görmək istəyən, Azərbaycana gəlsin Featured

CARİ İLİN 5 AYINDA ÖLKƏMİZƏ GƏLƏNLƏRİN SAYI 1,5 DƏFƏ ARTIB

 

Turistlərin gəlişinə gileylənənlər nəyə əsaslanır? Bu, ölkənin tanıtımı, büdcəyə əlavə vəsait gəlməsi deyilmi? 

“Ədəbiyyat və incəsənət” portalı növbəti Açıq Portfel xəbərini Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən yayır və yazıya elspert rəyi əlavə edir. 

 

Ondan başlayaq ki, ölkəyə gələnlərin sayı artıb. Belə ki, cari ilin yanvar-may aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 713,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Bəs ən çox hardan gələn var? Statistikaya baxaq. 

 

32,4 faiz - Rusiya Federasiyası, 

20,0 faiz - Türkiyə, 

8,1 faiz - İran, 

5,2 faiz - Gürcüstan, 

4,9 faiz - Hindistan, 

2,3 faiz - Pakistan, 

2,2 faiz - Qazaxıstan, 

2,1 faiz - Birləşmiş Ərəb Əmirlikləri, 

2,0 faiz - Səudiyyə Ərəbistanı,

1,9 faiz - Özbəkistan, 

1,6 faiz - Belarus, 

1,5 faiz - Ukrayna, 

1,3 faiz - Böyük Britaniya, 

1,3 faiz -Türkmənistan, 

1,2 faiz - Küveyt, 

12,0 faiz -  digər ölkələr. 

Gələnlərin 74,1 faizini kişilər, 25,9 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan 3,9 dəfə, Hindistandan 3,2 dəfə, Belarusdan 2,7 dəfə, Özbəkistandan 2,6 dəfə, Qazaxıstandan 2,0 dəfə, Rusiya Federasiyasından 2,0 dəfə, Böyük Britaniyadan 1,8 dəfə, İsraildən 1,7 dəfə, ABŞ-dan 1,6 dəfə, Küveytdən 43,8 faiz, Pakistandan 43,0 faiz, Gürcüstandan 41,7 faiz, Türkiyədən 22,5 faiz, Omandan 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 14,7 faiz artıb.

2022-ci ilin yanvar-may ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 296,6 min, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 38,0 min, körfəz ölkələrindən gələnlərin sayı 4,5 faiz azalaraq 103,1 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 31,9 faizi dəmir yolu və avtomobil, 66,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib. 

2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub. 

Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artıb, İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb. Ölkə vətəndaşlarının 39,0 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 19,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,5 faizini kişilər, 30,5 faizini qadınlar təşkil edib.

2023-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 30,0 faizi dəmir yolu və avtomobil, 67,2 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

 

“Ədəbiyyat və incəsənət” portalı təqdim etdiyimiz statistika ilə bağlı otel biznesində çalışan Adəm İsmayılova müraciət edərək ondan rəy bildirməsini xahiş edib. A.İsmayılov deyib:

-Əlbəttə ki, statistika ilk baxışdan adamı aldada bilər. Ölkəmizə ən çox gələnlərin Rusiya, Türkiyə, İran və Gürcüstandan gəldiklərini iddia edən cədvələ bir şərh verək. Bu o demək deyil ki, tutalım, Azərbaycana rus və gürcü turistləri hamıdan çox gəlir. Bu iki ölkə diasporumuzun ən sıx yaşadığı ölkələrdir və gələnlərin əksəriyyəri soydaşlarımızdır. Eləcə də İrandan gələnlər öz güneyli soydaşlarımızdır. Türkiyəyə gəldildə isə, bu ölkədən gələnlərin tam əksəriyyəti burada çalışanlardır. Demək, ölkəmizə ən çox gələn əcnəbilər hindistanlı, pakistanlı və ərəblərdir. Vəziyyət dəyişməz qalır.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.