“Ən kədərli şey insanın öz istedadını dərk edə bilməməsidir” - Aforizmlər xəzinəsindən Featured

“Ədəbiyyat və incəsənət” portalı “Aforizmlər xəzinəsi” rubrikasında tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Gözləntilər maqnit kimidir, pis gözləntilər pislikləri, yaxşı gözləntilər yaxşılıqları dartıb gətirir.

2.İnsan həyatda dənizdəki kimidir, çabalamasa, üzdə qalmayacaq.

3.Biləndən soruşmaq öyrənməyin ən yaxşı üsuludur.

4.Həyatın ən böyük təcrübəsi sevgidir, buna görə sevməyən müdrik ola bilməz.

5.Ən kədərli şey insanın öz istedadını dərk edə bilməməsidir.

6.Həyata sevinmək xoşbəxtliyin giriş qapısıdır.

7.Tərifin gördüyü işlər cəzanın gördüyü işlərdən qat-qat çoxdur.

8.Məsləhət verəndə ehtiyatlı olun, dediyinizi edə də bilərlər.

9.İnsan maraqlı məxluqdur, yaxşı şeyləri həvəssiz, pis şeyləri isə həvəslə öyrənir.

10.Danışıq dili fikir genişliyini çatdırmaq qarşısında acizdir.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.