“Həyat haqsızlıqlar burulğanında ayaq üstə qala bilməkdir” - Hümbət Həsənoğlu Featured

İstəkli oxucularımız, statusman Hümbət Həsənoğlu “Ədəbiyyat və incəsənət” portalına növbəti 10 aforizmini təqdim edib, onlarla tanış olun. 

 

 

1.Allah insana sevgi verdi ki, özünü tanısın.

2.Alın yazısı ilə nəsə etmək çətindir, amma ona əlavələr etmək insanın öz əlindədir.

3.İnsan çox vaxt haqqın üzülən yerindən yelləncək asıb kef etdiyini düşünür.

4.İnsan başqalarını dəyərləndirə-dəyərləndirə özü də dəyər qazanar.

5.Məncə, bütün almalar yerə düşmürlər, bəziləri xəyalpərəst insanlar kimi göylərə uçub gedirlər.

6.Mərhəmət göstərilib bağışlanan insan, ona mərhəmət göstərən insanı heç vaxt bağışlamır.

7.Özün gəldiyin bir nəticə oxuduğun yüz fikirdən önəmlidir.

8.Gur səs sakit məntiqi qısa müddətə üstələsə də, sonda məntiq həmişə qalib olur.

9.Hər bir insan keçmişdən gələcəyə uşaqlarının keçməsi üçün atılmış körpüdür.

10.Həyat haqsızlıqlar burulğanında ayaq üstə qala bilməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.