“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Başa düşməyə çalışmasan, yaşamaq o qədər də çətin iş deyil.
2.Şeytanı insan öz pis əməllərinə bəraət üçün düşünüb.
3. Öz fikri olanların fikri heç kimə maraqlı deyil.
4. Dünən çox yaxın görünsə də, ora qayıtmaq mümkünsüzdür.
5. Pislər yaxşılardan yaxşı bəhrələnirlər.
6. Ağlı olan heç vaxt tək olmur.
7. Həmişə ağıllı olmaq darıxdırıcıdır, hərdən axmaqlıqdan da imkan kimi istifadə etmək lazımdır.
8. Başımızın üstündəki sonsuz səma sonsuz böyüməyimiz üçün imkandır.
9. Özünü yaxşı saymaq başqaları haqda məlumatsızlıqdan doğur.
10. Kiminləsə münasibətə təəssüflənirsənsə, bunun qarşılıqlı olduğunu bil.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)