“Ədəbiyyat və incəsənət” portalının “bir cümlə-bir xəbər” rubrikasında bu dəfə sarsıdıcı bir xəbərin acı təəssüratları dayanır.
Çox savadlı tələbələrimizdən birini itirdik.
Cəmi 15 gün tələbə həyatı yaşayan Xədicəni xilas etmək mümkün olmadı.
Ötən il BDU-nun Hüquq fakültəsinə qəbul olan Xədicə Qarakişiyevanı sentyabrın 29-da dərsdən evə qayıdan zaman piyada keçidində maşın vurmuşdu. Uzun müddət koma vəziyyətində qalan Xədicə iki gün öncə dünyasını dəyişib.
Xədicə Tarix üzrə Respublika Fənn Olimpiadasının bürünc medalçısı idi. O Zaqatalada təhsil aldığı məktəbi fərqlənmə attestatı və gümüş medalla bitirmişdi.
Fotoya baxın, gənc, gözəl, ağıllı, savadlı bir qız qəfildən həyatdan necə gedə bilər axı. Bu fotonu çəkdirəndə o, ağlına gətirə bilərdimi ki, cəmi bir neçə saatdan sonra hansısa gözü qızmış birisi onu piyada keçidində vurub həyatdan aparacaq?
Onun nə qədər arzusu özüylə qəbrə gömüldü.
Həyat çox qəddardır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)