“Euronews” telekanalında “Xarıbülbül” festivalı ilə bağlı kadrlar nümayiş etdirilib

“Euronews” telekanalında Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalından kadrlar nümayiş etdirilib.

 

Sözügedən görüntülər məşhur "No comment" rubrikasında yerləşdirilib.

"Azərbaycanın Qarabağ bölgəsinin mədəniyyət paytaxtı Şuşada növbəti dəfə "Xarıbülbül" Musiqi Festivalı keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin musiqi və rəqs qrupları Cıdır düzündə keçirilən festivalda çıxış ediblər”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı Şuşada mayın 9-dan 11-dək keçirilib. Üç gün davam edən festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.